Nigeriya çevriliş planı ilə bağlı xəbərləri təkzib etdi

Nigeriya çevriliş planı ilə bağlı xəbərləri təkzib etdi
19.10.2025 09:07 Dünya

Nigeriya hərbi çevrilişə cəhddə ittiham olunan bir neçə zabitin həbsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qərargahı "X" sosial şəbəkəsində bildirib. 

Bundan əvvəl "Sahara Reporters" portalı Nigeriyanın 65-ci Müstəqillik Günü münasibətilə paradın ləğv edilməsinin əsas səbəbinin dövlət çevrilişi planlaşdırdığı iddia edilən Daxili Təhlükəsizlik Müşaviri Ofisinin (ONSA) əməkdaşlarının həbs edilməsi ilə bağlı olduğunu bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər