Niderland Kiyev üçün dron istehsalına milyonlar ayırdı
Niderland hökuməti Ukrayna üçün dron istehsalına 248 milyon avro ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius “X”də yazıb.
"Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur. Bu dronlar hər iki ölkədə istehsal olunur", - deyə o bildirib.
Yeşilgözün sözlərinə görə, Kiyev üçün dron istehsalı Niderlandda dron sənayesini gücləndirməyə kömək edir.
Aysel Mətləb