Netanyahunun təyyarəsi Aralıq dənəzi üzərində 40 dəqiqə dövrə vurdu

Netanyahunun təyyarəsi Aralıq dənəzi üzərində 40 dəqiqə dövrə vurdu
13.06.2025 10:51 Dünya

İyunun 13-nə keçən gecə İsrailin Baş naziri Benyamin Netanyahunun hökumət təyyarəsi Aralıq dənizi üzərində müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Flightradar24" uçuş izləmə xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə 40 dəqiqədən çox dəniz üzərində dövrə vurub, daha sonra isə transponderini söndürərək radar ekranlarından itib.

Bu hava fəallığı İsrail ordusunun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı – "Yüksələn şir" adlanan hücumu ilə eyni vaxta təsadüf edib. Baş nazir Netanyahu əməliyyatı şərh edərək bildirib ki, zərbələr "İranın nüvə zənginləşdirmə proqramının ürəyinə" endirilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər