Netanyahu diaqnoz qoydu: Hizbullahın cəmi 10 faiz "can"ı qaldı
İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın İsrail ərazisinə atəş açmaq imkanlarının kəskin şəkildə zəiflədiyini və arsenalının cəmi 10%-ni qoruyub saxladığını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, ordu komandanları ilə görüşündə bildirib.
Baş nazir, bu rəqəmin Livanın hərbi qruplaşmasının hazırkı müharibədən əvvəlki ehtiyatlarına, yoxsa 2023-cü ildə Qəzza müharibəsi başlayandan sonrakı dövrə aid olduğuna aydınlıq gətirməyib.
Aysel Mətləb