Nepalda təhlükə riski: Torpaq sürüşməsi yeni daşqınlar yaradacaq
Nepalın şimalında baş verən güclü daşqınlardan sonra yeni təhlükə yaranıb.
TodayPress TV xəbər verir ki, sürüşmənin çayın qarşısını kəsməsi nəticəsində yaranan göl sürətlə böyüyür və onun yarılaraq yeni daşqına səbəb ola biləcəyi bildirilir.
Nepal Daşqın Proqnozlaşdırma Xidməti Bhote Kosi çayının aşağı axınında yaşayan sakinləri, turistləri və xilasediciləri çay sahillərindən uzaq durmağa çağırıb.
Məlumata görə, gölün ölçüsü artır və bəndin qəfil dağılması böyük həcmdə suyun aşağı ərazilərə axmasına səbəb ola bilər.
Hadisə avqustun 26-da Çin sərhədində yerləşən Rasuva rayonunda baş verən daşqınlardan sonra yaranıb. Tibetdəki zəlzələ və torpaq sürüşməsi Lhende çayının qarşısını kəsib və nəticədə Bhote Kosi çayında daşqın baş verib.
Nepal hakimiyyəti fəlakət nəticəsində təxminən 400 turistin itkin düşdüyünü açıqlayıb.
Türkan İsgəndərli
TodayPress TV