Neft hasilatında qəfil çöküş – 200 MİN BAREL!

Neft hasilatında qəfil çöküş – 200 MİN BAREL!
21.09.2026 22:44 Dünya

Liviyanın Tripolidən cənub-qərbdə yerləşən ən böyük yataqlarından biri olan "Əş-Şərarə"də neft hasilatı azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi orada çalışan iki mühəndisə istinadən məlumat yayıb.

Məlumata görə, hasilat sutkada təxminən 200 min barel azalaraq 100–105 min barelə düşüb.

Öz növbəsində Liviyanın "Al Wasat" portalı dəqiqləşdirib ki, bu yatağın istehsal gücü sutkada təxminən 300 min barel təşkil edir. Hasilatın azalma səbəbləri bildirilmir, lakin son illərdə bu cür hallar etiraz aksiyaları, siyasi fikir ayrılıqları və təxribatların yaratdığı texniki problemlər səbəbindən baş verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər