Azərbaycanın daha 3 cüdoçusu veteranlar arasında medal qazandı - FOTO

Azərbaycanın daha 3 cüdoçusu veteranlar arasında medal qazandı - FOTO
21.09.2026 21:13 İdman

Azərbaycan cüdoçular Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha 3 medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.



XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər