Bakıda yanğın baş verən ərazidə daha bir bədbəxt hadisə
Bakının Nərimanov rayonunda, Ə.Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı daha bir bədbəxt hadisə yaşanıb.
TodayPress TV "Oxu.Az"a istinadən xəbər verir ki, yanğından sonra ərazinin yaxınlığında avtomobil piyadanı vurub.
Avtomobilin hadisə yerindən uzaqlaşdığı iddia olunub. Piyadanın vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın söndürülüb.