Tramp Yaxın Şərqin təmiri üçün milyonlarla dollar ayıracaq
ABŞ Yaxın Şərq üçün 10 milyard dollarlıq fond təklif edib.
TodayPress TV xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, Donald Tramp administrasiyası regionun zədələnmiş enerji infrastrukturunun bərpası üçün 5 milyard dollar ayırmağı, daha 5 milyard dolların isə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniya tərəfindən toplanmasını təklif edib.
“Partnership for Allied Trust and Construction” (PACT) adlandırılan fond neft kəmərlərinin, neft emalı zavodlarının və digər enerji obyektlərinin bərpasına yönəldiləcək. Layihənin əsas məqsədlərindən biri isə Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ marşrutların inkişaf etdirilməsidir.
Lakin region ölkələrinin bəziləri İranla sülh razılaşması olmadan bərpanın tez olduğunu düşünür. Onlar yenidən tikilən obyektlərin İran raketləri və dronlarının hədəfinə çevrilə biləcəyindən narahatdırlar.
Kübra Musayeva