Heç vaxt danışmayan deputatı “ChatGPT” dilə gətirdi
“Çox yaxşı şeydir “ChatGPT”.
TodayPress TV xəbər verir ki, bunu deputat Mircəlil Qasımlı Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Hər bir insan öz beyninə uyğun “ChatGPT” ilə ünsiyyət qurur. Onun baza hissəsi ona doğru sualı verməkdir. Bu, data bazadır. Gələcəkdə insanları tanıması üçün çox rahat vasitədir. Ondan soruşanda ki, sənin haqqında məlumat versin, 1 il ərzində ona nə sual vermisənsə, necə insan olduğunu qoyur ortaya”, - deputat bildirib.
Qeyd edək ki, Mircəlil Qasımlı 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Adıçəkilən deputat parlamentdə heç vaxt danışmaması ilə diqqət çəkib.