Avropa Kiyev üçün yenidən Amerikaya ağız açacaq?

Avropa Kiyev üçün yenidən Amerikaya ağız açacaq?
21.09.2026 20:54 Dünya

Kiyevin Avropa İttifaqından olan tərəfdaşları Ukraynanın Rusiyaya qarşı mübarizəsinə kömək etmək üçün "Patriot" raketləri ilə bağlı ABŞ-yə müraciət etməyə hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edək ki, avqustda Ukrayna Prezidenti Volodimir ölkəyə qış üçün ən azı 300 "Patriot" zərbəəleyhinə raketi lazım olduğunu bəyan etmişdi. O, ABŞ-yə öz ehtiyatlarının 5%-dən 10%-dək hissəsini Ukraynaya satmağı təklif edib.

Lakin hələlik ABŞ-nin reaksiyası qeyri-müəyyən olaraq qalır.

Buna görə də, Avropa liderləri bu məsələni ABŞ Prezidenti Donald Tramp qarşısında qaldırmağı planlaşdırırlar.

Xatırladaq ki, bu həftə Avropa dövlət başçıları Nyu-Yorkda BMT-nin görüşlərində iştirakları zamanı bu problemin həlli istiqamətində danışıqlar aparacaqlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər