Salyanda avtomobil piyadanı vuraraq öldürdü - VİDEO
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü İsayev Nəcəfxan Qılınc oğlu yolu keçmək istəyən zaman "Audi" markalı avtomobil onu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.