NATO-nun "Dəniz Qalxanı 2026" təlimləri başlayır

Dünya

23.03.2026 17:15

Rumıniyada NATO-nun "Dəniz Qalxanı 2026" təlimləri başlayıb.

TodayPress TV "Agerpres" xəbər agentliyinə istinadən xəbər verir ki, müdafiə naziri Radu Miruță Konstansa limanında keçirilən açılış mərasimində iştirak edib.

23 mart - 3 aprel tarixləri arasında keçiriləcək manevrlərə 13 NATO ölkəsindən - Bolqarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Türkiyə və Fransadan təxminən 2500 hərbçi qatılacaq.

Təlimlərdə 48 gəmi, 64 döyüş maşını, 10 təyyarə və 10 PUA iştirak edəcək.

Qeyd olunub ki, təlimlərin məqsədi "iştirakçı strukturlar arasında qarşılıqlı əlaqə səviyyəsini artırmaq, eləcə də milli müdafiə sisteminin, ictimai asayişin və milli təhlükəsizliyin bütün qurumlarının hərəkətlərini optimallaşdırmaqdır.

Nicat Osman

tag: Ruminiya,NATO,Təlim,Dəniz qalxanı,Todaypress.tv,