NATO Baltikdə ilin ən böyük hərbi təlimlərinə başladı

NATO Baltikdə ilin ən böyük hərbi təlimlərinə başladı
18.02.2026 19:30 Dünya

“Steadfast Dart 26” NATO-nun bu il üçün planlaşdırılan ən genişmiqyaslı Baltik təlimi kimi start götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Almaniyanın Şlezviq-Holşteyn əyalətində, Baltik dənizi sahilində yerləşən Putlos poliqonunda, Femarn adası yaxınlığında keçirilir.

Məlumata görə, təlimlərin əsas xüsusiyyəti ABŞ-nin birbaşa iştirak etməməsidir. Amfibiya əməliyyatında 15 hərbi gəmi və təxminən 2600 hərbçi iştirak edir. Ümumilikdə isə 13 ölkədən 10 minə yaxın hərbçi, 1500-dən çox hərbi texnika və 17 hərbi gəmi cəlb olunub. Ən böyük kontingent Türkiyə, İspaniya, İtaliya və Yunanıstandandır. Təlimləri Almaniyanın müdafiə naziri Boris Pistorius izləyir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər