NATO ABŞ olmadan Rusiyaya qarşı hərəkətə keçdi

NATO ABŞ olmadan Rusiyaya qarşı hərəkətə keçdi
05.09.2026 18:26 Dünya

NATO müttəfiqləri onilliklər ərzində ilk dəfə ABŞ-nin iştirakı olmadan sualtı qayıqların axtarışı üzrə hərbi təlimlər keçirib.

TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, Avropa NATO ölkələri və Kanada İslandiya sahillərində keçirilən sualtı qayıqlara qarşı mübarizə təlimlərində aparıcı rol oynayıb. Təlimlərdə ABŞ-nin hərbi gəmiləri və aviasiyası iştirak etməyib.

Manevrlər Qrenlandiya, İslandiya və Böyük Britaniya arasında yerləşən strateji dəniz marşrutu - Farer-İslandiya xətti (GIUK Gap) ərazisində baş tutub. Bu ərazi Rusiya nüvə sualtı qayıqlarının Atlantik okeanına çıxışı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Təlimlərin Rusiyanın fəaliyyətləri ilə bağlı artan narahatlıqlar və ABŞ-nin Avropadakı hərbi mövcudluğunun azalması fonunda keçirildiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər