Müctəba Xameneinin durumu ağırdır, dəfn hazırlıqları BAŞLADI
Dünya
07.04.2026 10:43
İranın Ali Dini lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı sosial mediada yeni iddialar yayılıb.
TodayPress TV xəbər verir ki, “Mossad Commentary” adlı "X" hesabında Xameneinin huşsuz vəziyyətdə olduğu və idarəetmə qabiliyyətini itirdiyi iddia olunub.
Paylaşımda bildirilir ki, o, Qum şəhərində ağır vəziyyətdədir və qərar qəbul edə bilmir:
“Müctəba Xamenei huşsuzdur və rejimi idarə etmək iqtidarında deyil”.
Həmçinin qeyd olunur ki, bu məlumat ABŞ–İsrail kəşfiyyatının Körfəz müttəfiqləri ilə paylaşdığı qiymətləndirməyə əsaslanır.
Paylaşımda əlavə olaraq, əvvəlki zərbələr zamanı yaralandığı deyilən Xameneinin vəziyyəti ilə bağlı bunun ilk “təsdiqlənmiş məlumat” olduğu iddia edilir.
Həmçinin Qumda Əli Xameneinin dəfn mərasimi üçün hazırlıqların davam etdiyi bildirilib.
Qiymət Mahir
🚨 REPORT: IRAN’S SUPREME LEADER UNABLE TO GOVERN
— Mossad Commentary (@MOSSADil) April 7, 2026
Mojtaba Khamenei is reportedly unconscious and in severe condition in Qom
According to a US-Israeli intelligence assessment shared with Gulf allies, he is unable to make decisions or lead the regime
This is the first confirmed… pic.twitter.com/lIYVAzUg2T
tag: İran,Müctəba Xamenei,ABŞ,İsrail,TodayPress TV,
