Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik”

Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik”
14.08.2026 16:25 Dünya

Rusiya ABŞ-dən Ukraynanın Rusiya ərazisindəki obyektlərə, o cümlədən neft emalı zavodlarına endirdiyi zərbələrdə Amerika kəşfiyyatının mümkün rolu ilə bağlı izahat istəyib.

TodayPress TV "Pravda"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Moskva məsələ ilə bağlı Vaşinqtona bir sıra suallar göndərib və cavab gözləyir.

“Biz ultimatum vermirik. ABŞ Dövlət Departamentinə bir sıra suallar göndərmişik. O cümlədən kəşfiyyat məlumatları, eləcə də ABŞ-nin Rusiya ərazisinin dərinliklərində mülki obyektlərə zərbələrin təşkilində və həyata keçirilməsində daha ciddi iştirak etməsi ilə bağlı məsələlərə şərh verməsini xahiş etmişik. Cavabı gözləyəcəyik”, – deyə Lavrov bildirib. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər