Monteneqro Aİ-yə üzv olacaq
Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) qoşulmaq ümidindədir.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç məlumat verib.
O bildirib ki, bu, Aİ-nin Şərqə doğru genişlənməsinin durğunluğunda müəyyən irəliləyiş ola bilər. O, Avropa Komissiyasının müəyyən etdiyi gələn ilin sonuna qədər cavab verməyi və 2027-ci ildə üzvlük danışıqlarına başlamağı planlaşdırır. Monteneqro ilə 2012-ci ildən üzvlük danışıqları aparan Aİ-nin 27 üzv dövləti də bu ölkənin üzvlüyünü təsdiqləməlidir.
“Əgər 27 əldən dəstək alacağıqsa, özümüzü 2028-ci ildə Aİ-də görəcəyimizə ümid edirik”, - deyə Spayiç alman iş adamları və siyasətçiləri ilə görüşdən sonra deyib.
Aysel Mətləb