Moldova aqrarçıları müflisləşmə təhlükəsi barədə bəyanat yaydılar

Dünya

06.04.2026 21:50

Moldovanın Hinçeşti rayonunun aqrarçıları yanacağın qiymətinin kəskin artması səbəbindən kənd təsərrüfatında böhran vəziyyətinin yarandığını bəyan ediblər və dövlətdən təcili yardım tələb ediblər.  

TodayPress TV xəbər verir ki, onlarla fermer təsərrüfatının imzaladığı, hakimiyyətə ünvanlanmış müraciətin mətnini “Forța Fermierilor” assosiasiyası dərc edib. 

"Yanacaq qiymətlərinin 60%-dən çox sürətli artımı, hakimiyyətin kənd təsərrüfatı məhsullarına 20% həcmində ƏDV tətbiq etmək niyyəti və fermerlərin maraqlarına məhəl qoyulmaması kiçik və orta fermer təsərrüfatlarını sağ qalmaq şansından faktiki olaraq məhrum edir. Biz artıq itirəcək heç bir şeyimizin olmadığı bir vəziyyətə gətirilmişik", - deyə bəyanatda bildirilib 

Müraciət müəllifləri hökumətdən kənd təsərrüfatı işləri üçün istifadə olunan yanacağa görə aksizlərin və ƏDV-nin bir hissəsinin qaytarılmasını, subsidiyaların artırılmasını və vergilərin qaldırılmasından imtina edilməsini tələb ediblər. 

"Əgər beş gün ərzində hakimiyyət tərəfindən qeyd olunan tədbirlərin həyata keçirilməsi istiqamətində addımlar görməsək, o zaman kütləvi etiraz aksiyaları keçirmək hüququmuzu özümüzdə saxlayırıq", - deyə aqrarçılar xəbərdarlıq ediblər. 

Aysel Mətləb

TodayPress TV

tag: Moldova ,Aqrar,Təsərrüfat,Etiraz,TodayPress TV,