Mohsen Paknejad: ABŞ ilə neft-qaz sahəsində əməkdaşlıq mümkündür
İranın neft naziri Mohsen Paknejad ölkəsi ilə ABŞ arasında neft-qaz sektorunda əməkdaşlıq ehtimalından danışıb.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, o, nüvə danışıqlarını nəzərə alaraq, “hər şey mümkündür” deyib.
Nazir Tehranla Vaşinqton arasında neft-qaz sektorunda əməkdaşlığın hazırda həyata keçirilib-keçirilməyəcəyinin bəlli olmadığını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də İranın ABŞ-yə neft sahəsində əməkdaşlıq təklif etdiyi ilə bağlı yazılar dərc olunub.
Jalə Rövşən