Mişustin Avrasiya Şurasının iclasını yarımçıq tərk etdi

Mişustin Avrasiya Şurasının iclasını yarımçıq tərk etdi
15.08.2025 10:30 Dünya

Rusiyanın Baş naziri Mixail Mişustin Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasını tədbir başa çatmamış tərk edib.

TodayPress TV xəbər verir ki, o, bu addımını Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti ilə əlaqələndirib.

"Bağışlayın, Moskvaya qayıtmalıyam. Bilirsiniz ki, bu gün Alyaskada Prezidentlər Vladimir Vladimiroviç Putin və Donald Trampın iştirakı ilə Rusiya-Amerika sammiti olacaq. Mən Rusiyada iştirak etməliyəm", – Mişustin görüş iştirakçılarına bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü avqustun 15-də Alyaskada keçiriləcək. Danışıqların əsas mövzusunun Ukrayna məsələsi olacağı gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər