"Milan" Avstraliya klubunu darmadağın etdi
İtaliyanın "Milan" klubu yoxlama görüşündə Avstraliyanın "Perth Glory" komandasını 9:0 hesabı ilə məğlub edib.
TodayPress TV xəbər verir ki, qarşılaşmada Noa Okafor və Rafael Leyau dubl etməklə fərqləniblər.
Bundan əlavə, Filippo Terrakano, Kriştian Komotto, Samuel Çukvueze, Samuele Ricci və Yunus Musah da hərəyə bir qol vurublar.
"Milan" növbəti oyununu 9 avqustda Dublin şəhərində İngiltərənin "Leeds United" komandası ilə keçirəcək.
Töhfə Səməd