"Microsoft" işçilərinin 7%-nə vaxtından əvvəl təqaüdə çıxmağı təklif etdi
Amerikanın "Microsoft" korporasiyası işçilərinin 7%-nə vaxtından əvvəl təqaüdə çıxma proqramından yararlanmağı təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, proqram təxminən 9 min nəfəri əhatə edə bilər. Qeyd olunur ki, iştirak üçün işçinin stajı və yaşının cəmi 70-dən az olmamalıdır. Rəhbər vəzifə tutan və ya satışlardan bonus alan əməkdaşlar bu proqrama daxil edilməyib.
Aysel Mətləb