"Meta" 8000 işçini ixtisar edir
Dünya
24.04.2026 19:30
"Meta" (Facebook və Instagram-ın sahibi) işçi qüvvəsinin təxminən 10%-ni yəni 8000 nəfərə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Şirkət həmçinin bir sıra boş vakansiyaların da doldurulmayacağını açıqlayıb. Bu qərar 2023-cü ildən bəri ən böyük ixtisar dalğası hesab olunur.
Məlumata görə, ixtisarlar "Meta"nın süni intellekt sahəsinə böyük investisiyalar artırdığı dövrlə üst-üstə düşür. Şirkətin bu istiqamətə təxminən 135 milyard dollar ayırdığı bildirilir.
"Meta"nın rəhbəri Mark Zukerberq bildirib ki, 2026-cı il süni intellektin iş proseslərini əsaslı şəkildə dəyişdirməyə başladığı il ola bilər.
Məlumatda həmçinin qeyd olunur ki, 2026-cı ilin əvvəlindən artıq təxminən 2000 nəfər işdən çıxarılıb və ümumi boş vakansiyaların sayı artmaqda davam edir.
Türkan İsgəndərli
tag: Meta,Facebook,Instagram,İxtisar,Todaypress.tv,
