Merzin “kreslosu silkələnir”: Öz partiyasından istefa tələbi gəldi
Almaniya kansleri Fridrix Merzə qarşı öz partiyası daxilində narazılıq artır.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Xristian Demokrat İttifaqında (CDU) bəzi deputatlar Merzin vəzifədən getməsini istəyir.
Narazılığın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə CDU-nun məğlubiyyətindən və partiyanın zəif reytinqlərindən sonra daha da gücləndiyi bildirilir. Məlumata görə, təxminən 20 deputat hökumətin 10 milyard avroluq vergi paketinin qəbul edilməsinə mane ola biləcəkləri ilə bağlı xəbərdarlıq edib.
Bununla belə, Merzin istefa vermək niyyətində olmadığı qeyd olunur. Kansler hakimiyyətdə qalmaq üçün islahatları davam etdirməyə və Almaniya iqtisadiyyatının artımını bərpa etməyə ümid edir.
Kübra Musayeva