Merts: “Ölkəmizin nüvə silahına sahib olmasını istəmirəm”
“Almaniyanın öz nüvə silahı barədə düşünməsini belə istəmirəm”.
TodayPress TV xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts “Machtwechsel” podkastında deyib.
O, 1970-ci il Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni, eləcə də 1990-cı il Almaniyanın birləşməsi ilə bağlı “2+4” sazişini xatırladıb və qeyd edib ki, ABŞ-nin nüvə silahı daşımaq qabiliyyətinə malik Almaniyanın “Tornado” qırıcıları hazırda ölkənin qərb hissəsində yerləşir.
Kanslerin sözlərinə görə, nəzəri olaraq bu mexanizm Böyük Britaniya və Fransanın nüvə silahlarına da şamil oluna bilər.
Aysel Mətləb