Mərakeşdə bina çökdü: 11 nəfər həlak oldu

Dünya

22.05.2026 01:48

Mərakeşin Fəs şəhərində binanın çökməsi nəticəsində 11 nəfər həlak olub, altı nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, dördmərtəbəli bina gecə saatlarında çöküb. Xilasetmə xidmətləri dağıntıların təmizlənməsini və itkin düşənlərin axtarışını davam etdirir.

Səlahiyyətlilər binanın çökmə səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar, konstruksiya qaydalarının pozulması və binanın köhnəlməsi versiyaları nəzərdən keçirilir.

Hadisə ərazisində əlavə çökmə riski qaldığı üçün təhlükəsizlik məqsədilə qonşu evlərin sakinlərinin müvəqqəti təxliyəyəsinə qərar verilib.

TodayPress TV

tag: Mərakeş,Hadisə,Ölüm,Dünya,Todaypress.tv,