Məktəbli "Roblox" da planlaşdırdığı cinayəti həyata keçirdi: Anasını öldürdü

Dünya

26.11.2025 19:30

Sankt-Peterburqda 13 yaşlı məktəbli anasını qətlə yetirib və hadisəni Roblox oyununda əvvəlcədən ssenariləşdirdiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.

Araşdırma göstərib ki, qız saatlarla Roblox oynayıb və oyunla bağlı videolar paylaşıb. Onun videolarından birində avatarının yanmış mənzildə musiqi altında rəqs etdiyi görülür — qız sonradan anasını öldürdükdən sonra mənzili yandırıb.

Hadisə noyabrın 26-da Kovalevskaya küçəsindəki mənzildə baş verib. Hüquq-mühafizə orqanları mənzildə boğaz nahiyəsindən bıçaqlanmış qadın meyitini və qismən yanmış evi aşkarlayıb.

Məktəbli əvvəlcə polisə yalan ifadə verərək bildirib ki, guya naməlum bir kişi mənzilə daxil olub anasına hücum edib və sonra evi yandırıb. Lakin dindirmə zamanı qız cinayəti özü törətdiyini etiraf edib. İlkin versiyaya görə, hadisənin səbəbi ananın həddindən artıq nəzarətçi davranışı ola bilər.

Qeyd edək ki, daha əvvəl Rusiyada Roblox oyununu pedofillərin aktiv istifadə etdiyi iddiasına görə qadağan etmək təklifi də gündəmə gəlmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Sankt-Peterburq,Roblox ,Məktəbli ,Cinayət ,Todaypress.tv,