Medvedev: "Rusiya bu dəfə də Trampın sanksiyalarına tab gətirəcək"

Dünya

09.01.2026 13:53

"ABŞ sanksiya siyasəti ilə Rusiyanı Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya üçün tamamilə qəbuledilməz olan güzəştlərə məcbur etməyə çalışır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında paylaşıb.

“ABŞ-nin sanksiya siyasəti nə olursa olsun davam edəcək və bu sanksiyalar Rusiya üçün "xoşagəlməz" olacaq", - deyə o bildirib.

Lakin, siyasətçi ölkənin yeni sanksiyalara bu dəfə də tab gətirəcəyinə əmindir.

Xatırladaq ki, yanvarın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyi dəstəklədiyini açıqlayıb. Eyni zamanda, o, Vaşinqtonun Rusiyaya qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə məcbur edilməyəcəyinə ümid etdiyini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,ABŞ,Dmitri Medvedev,Təhlükəsizlik Şurası,Todaypress.tv,