Mask hava limanı işçilərinin maaşlarını ödəməyi təklif etdi

Dünya

21.03.2026 18:45

Amerikalı iş adamı İlon Mask hökumətin qismən bağlanması fonunda ABŞ hava limanlarında çalışan işçilərə dəstək təklif edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Mask qeyd edib ki, maliyyə böhranı bir çox amerikalının həyatına mənfi təsir göstərir və bu addım işçilərə kömək məqsədi daşıyır.

Bundan əvvəl o, Pittsburq hava limanı maaşlarını ala bilməyən əməkdaşlar üçün xüsusi bank yaratmışdı.

Fevralın 14-də ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) maliyyələşmə ilə bağlı razılıq əldə olunmadığı üçün fəaliyyətini qismən dayandırıb. Bu vəziyyət dövlət qulluqçularının təxminən 13%-nə təsir edib.

Bağlanma səbəbindən əməkdaşların təxminən 10%-i işə çıxmayıb. Bəzi hava limanlarında bu göstərici 20%-ə qədər yüksəlib ki, bu da uzun növbələrə, gecikmələrə və uçuşların ləğvinə səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Masl,Hava limanı,Maaş,ABŞ,Todaypress.tv,