Marsdan gələn meteoritdə su izi aşkarlandı

Dünya

06.02.2026 01:00

Alimlər Marsdan gələn təxminən 4,48 milyard illik “Black Beauty” meteoritinin içində yüksək miqdarda hidrogen və su komponentlərinin mövcudluğunu aşkarlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Danimarka Texniki Universitetindən Estrid Naver və komandası “X-ray CT” və “Neutron CT” texnologiyalarından istifadə edərək, meteoritə zərər vermədən iç quruluşunu görüntüləməyi bacarıb. 

Araşdırma nəticəsində “H-Fe-ox” (hidrogenlə zəngin dəmir oksihidroksit) adlanan kiçik daş fraqmentlərinin meteoritin yalnız 0,4%-ni təşkil etməsinə baxmayaraq, ümumi su tərkibinin 11%-ni saxladığı müəyyən edilib. 

Alimlər bildirirlər ki, bu kəşf Marsın keçmişdə yalnız müəyyən ərazilərdə deyil, bütün planet üzrə suya malik olduğunu göstərir. 

Aysel Mətləb

TodayPress TV

tag: Mars,Meteorit,Su,İz,Todaypress.tv,