Mariya Zaxarova Ukraynada sülhün şərtlərini açıqladı
"Ukraynada sülh yalnız münaqişənin köklü səbəbləri aradan qaldırıldıqda mümkündür".
TodayPress TV "News.am"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bunun üçün Ukraynanın neytral və bitərəf statusa qayıtması, demilitarizasiya və denazifikasiya olunması, etnik ruslar, rusdilli və digər milli azlıqların dil, mədəni və dini hüquqlarına hörmət edilməsi, eləcə də mövcud ərazi reallıqlarının tanınması lazımdır.
O əlavə edib ki, bu məqsədlərə siyasi-diplomatik yollarla və ya Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatları vasitəsilə nail olunacaq.
Jalə Rövşən