Maqnit qasırğaları gözlənilir
Plazma buludunun Yer kürəsinin yaxınlığından plazma keçməsi səbəbindən 9 yanvarda planetdə zəif maqnit qasırğalarının baş verəcəyi gözlənilir.
TodayPress TV xəbər verir ki, maqnit qasırğaları günün orta saatlarında müşahidə oluna bilər və onların minimal intensivliyi "G1" səviyyəsinə çatacaq.
Mümkün geomaqnit pozuntularının səbəbi yanvarın 6-da Günəşdən atılan orta miqyaslı plazma buludunun Yerə yaxın məsafədən keçməsi ilə bağlıdır.
Mütəxəssislər qeyd edirlər ki, əgər plazma axını cüzi şəkildə sola yönəlsə, bulud Yer kürəsindən yan keçə və heç bir geomaqnit təsir yaratmaya bilər.
Aysel Mətləb