Malidə radikal qruplar hakimiyyəti ələ keçirməyə cəhd göstərdi

Malidə radikal qruplar hakimiyyəti ələ keçirməyə cəhd göstərdi
28.04.2026 04:00 Dünya

Bir neçə rayonda koordinasiyalı hücumlar təşkil edən radikal qruplar Malidə hakimiyyəti ələ keçirməyə və keçid dövrünə son qoymağa cəhd ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə keçid dövrünün Baş naziri Əbdülay Maiqa məlumat verib.

"Düşmənin məqsədi sadəcə terror aktları törətmək deyil, respublikanın qurumlarını dağıtmaq və keçid prosesinə son qoymaqla hakimiyyəti ələ keçirmək idi. Aldıqları cavab prezidentin rəhbərlik etdiyi cəsur silahlı təhlükəsizlik qüvvələrimizin fədakarlığının nəticəsidir", - o deyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər