Malidə partlayış və atışma baş verdi

Malidə partlayış və atışma baş verdi
25.04.2026 13:15 Dünya

Malinin paytaxtı Bamako yaxınlığında yerləşən "Kati" əsas hərbi bazasınin yaxınlığında güclü partlayış səsləri eşidilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu ərazidə olan əsgərlər yolları bağlayıblar.

Partlayışların səbəbləri məlum deyil. Heç bir silahlı qruplaşma mümkün hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər