Makronun uşaqlarla bağlı planı “suya düşdü” - Qərar BLOKLANDI

Makronun uşaqlarla bağlı planı “suya düşdü” - Qərar BLOKLANDI
14.08.2026 18:53 Dünya

Fransa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul etməyib.

TodayPress TV xəbər verir ki, Fransanın Konstitusiya Şurası parlament tərəfindən qəbul edilmiş və 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu bloklayıb.

Şura uşaqların müdafiəsinin mühüm məqsəd olduğunu qəbul etsə də, qanunun ifadə və ünsiyyət azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırdığı qənaətinə gəlib. Həmçinin sənədin şəxsi həyatın toxunulmazlığı hüququnu kifayət qədər qorumaadığı bildirilib.

Qeyd edək ki, təşəbbüsü Fransa Prezidenti Emmanuel Makron dəstəkləyirdi. O, daha əvvəl sosial şəbəkələrin yeniyetmələrə təsirini tənqid etmişdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər