Maduronun oğlu atasının vəziyyətindən danışdı

Maduronun oğlu atasının  vəziyyətindən danışdı
11.01.2026 16:58 Dünya

ABŞ-nin əməliyyatı nəticəsində oğurlanan və hazırda Amerikada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro özünü yaxşı hiss edir.

TodayPress TV xarici KİV-ə  istinadən xəbər verir ki, bunu onun oğlu Nikolas Maduro Gerra Venesuela Vahid Sosialist Partiyasının qurultayında bildirib.

"Vəkillər bizi əmin etdilər ki, o, özünü yaxşı hiss edir", - Maduro Gerra deyib.

O qeyd edib ki, oğurlanan Venesuela Prezidentinin göndərdiyi mesaj onun özünü yaxşı hiss etdiyini təsdiqləyir. Bundan əlavə, siyasətçi tərəfdarlarına kədərlənməməyi tövsiyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər