Macarıstan və Slovakiya Aİ-nin Ukrayna planından çıxdı

Dünya

22.04.2026 16:25

Macarıstan və Slovakiya Ukraynaya 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa maliyyələşdirmə planına qarşı qoyduqları vetonu geri çəkiblər.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Lakin proqramdan çıxdıqlarını təsdiqləyiblər. Məlumata görə, Avropa İttifaqı səfirləri həm Ukraynaya 90 milyard avro kredit ayrılmasını, həm də Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər. Əgər əlavə etirazlar olmazsa, qərarın yaxın vaxtda rəsmiləşməsi gözlənilir.

Plan 2025-ci ilin dekabrında Aİ sammitində razılaşdırılıb. Vəsaitin 60 milyard avrosu silahlanmaya, 30 milyard avrosu isə Ukraynanın büdcə xərclərinə yönəldiləcək. Kreditin geri ödənilməsi ilə bağlı risklərin Aİ tərəfindən qarşılanması da müzakirə olunur.

Məsələ ətrafında siyasi gərginlik də davam edir. Macarıstanın Baş naziri Viktor Orban əvvəllər bu planı bloklamışdı və Ukraynanın Rusiya neftinin Drujba neft kəməri vasitəsilə tranzitinə mane olmasını əsas gətirmişdi.

Eyni zamanda, Macarıstanda müxalif "Tisza" Partiyası lideri Peter Madyar bildirib ki, yeni hökumət kreditə qarşı çıxmayacaq, lakin Ukrayna hökumətinin birbaşa maliyyələşdirilməsini dəstəkləmir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Macarıstan,Slovakiya,Yardım,Veto,Todaypress.tv,