Macarıstan Ukraynaya dizel ixracını dayandırdı

Macarıstan Ukraynaya dizel ixracını dayandırdı
18.02.2026 20:00 Dünya

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Ukraynaya dizel yanacağının ixracının dayandırıldığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

“Ukraynaya dizel yanacağının tədarükü dayandırılıb və “Drujba” kəməri ilə neft nəqlinə yenidən başlanılana qədər bərpa olunmayacaq”, - deyə Siyarto vurğulayıb.

Qeyd edək ki, oxşar qərarı Slovakiya da qəbul edib. Ölkənin Baş naziri Robert Fiko isə öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə elektrik enerjisinin tədarükünü tam dayandırmaqla bağlı hədələyici mesaj verib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər