Macarıstan “Sülh Şurası”na qoşulur
"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Macarıstanın qoşulması ilə bağlı sənədlərin imzalanması planlaşdırılır".
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban özünün "Instagram" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, cümə axşamı Davosda ABŞ Prezidenti ilə görüş keçirilməlidir və həmin görüş çərçivəsində Macarıstanın “Sülh Şurası”na qoşulmasına dair yekun sənəd imzalanacaq. Orban bildirib ki, hökumətin bugünkü iclasında ona bu sənədi imzalamaq səlahiyyəti verilib.
Baş nazir qeyd edib ki, Tramp ilə danışıqlardan sonra Brüsselə yollanacaq. Orada Avropa İttifaqı ölkələrinin növbədənkənar sammiti keçiriləcək.
Qiymət Mahir