Lukaşenko SSRİ generalı kitelini geyindi - Almaniya, Fransaya dedi, nə dedi...

Dünya

22.05.2026 10:48

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanı narahat edən iddialara cavab verib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Belarus nə almanlara, nə ingilislərə, nə də fransızlara hücum etmək niyyətindədir.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin də eyni mövqedə olduğuna əmin olduğunu vurğulayıb:

"Biz məsuliyyətli insanlar olacağıq. Mən Rusiya Prezidentinin də eyni mövqedə olduğuna tam əminəm. Amma mən yaxşı bilirəm ki, onlar çox yüksək səslə qışqırırlar ki, Rusiya sabah onlara hücum edəcək. Sanki özləri bizə hücum hazırlayırlar. Bu məni narahat edir. Ona görə də biz bu istiqamətdə hər cür hazırlıq görəcəyik", – deyə Lukaşenko qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Rusiya,Avropa,Lukaşenko,Todaypress.tv,