Lukaşenko Putinlə görüşəcək

Lukaşenko Putinlə görüşəcək
01.08.2025 10:32 Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək. Görüşdə tərəflər ittifaq layihələri, Rusiya–Belarus münasibətlərinin inkişafı, eləcə də beynəlxalq gündəm və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər