"Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə çağırdı
"Lufthansa" aviaşirkəti öz əməkdaşlarını İsraili tərk etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "N12" agentliyi məlumat yayıb.
"Lufthansa" qrupuna daxil olan aviaşirkətlər arasında "Lufthansa", "Austrian Airlines", "Swiss Air", "Eurowings" və "Brussels Airlines" var.
Bundan əlavə, "Austrian Airlines" aviaşirkəti sabahkı Vyana - Təl-Əviv və Təl-Əviv - Vyana reyslərinin ləğv edildiyini açıqlayıb.
Aynur TAC