Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu...

Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu...
14.08.2026 22:10 Dünya

Livan parlamentinin spikeri Nəbih Berri ilə Livan üzrə Hərbi Koordinasiya Qrupunun (MCG4L) rəhbəri, ABŞ generalı Cozef Klirfild arasında İsrailin hücumları müzakirə olunub.

TodayPress TV xəbər verir ki, N. Berri İsraildən müharibəyə son qoymasını və beynəlxalq sərhədə qədər geri çəkilməsini tələb edib.

O bildirib ki, İsrail 2024-cü ilin noyabrından etibarən Livana və ölkənin cənubuna qarşı kəndlərin, kənd təsərrüfatı ərazilərinin və meşələrin dağıdılması, eləcə də tarixi irs obyektlərinə ziyan vurulması da daxil olmaqla, sistemli pozuntuları və hücumları davam etdirib.

Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs çərçivəsində İsrail Livanın cənubundan mərhələli şəkildə geri çəkilməyə və Livan ordusunun bölgədə yerləşdirilməsinə razılaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər