Livanda ölənlərin sayı 4 mini keçdi

Livanda ölənlərin sayı 4 mini keçdi
20.06.2026 20:30 Dünya

Martın 2-dən bəri İsrailin hücumları nəticəsində Livanda azı 4 057 nəfər həlak olub, 12 121 nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik, həmçinin İsrailin 19 iyun həyata keçirdiyi hücumlarda ölənlərin sayını "83 şəhid və 141 yaralı" olaraq yeniləyib.

Həyatını itirənlərin əksəriyyəti Livanın cənubunda, digərləri isə ölkənin şərqində qeydə alınıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər