Livan və İtaliya bu sahədə əməkdaşlığı gücləndirir

Dünya

24.04.2026 08:45

Livanın kənd təsərrüfatı naziri Nizar Hani İtaliya ilə ikitərəfli kənd təsərrüfatı əməkdaşlığını gücləndirmək üçün anlaşma memorandumu imzalayıb.

TodayPress TV xəbər verir ki, razılaşma Haninin İtaliyanın Rimini şəhərinə rəsmi səfəri zamanı əldə edilib.

O, burada meyvə, tərəvəz və kənd təsərrüfatı texnologiyalarına yönəlmiş qlobal tədbir olan beynəlxalq "Macfrut" sərgisində iştirak edib.

İmzalanma mərasimində Hani Livanın kənd təsərrüfatı sektorunun üzləşdiyi çətinlikləri vurğulayaraq, İsrail hücumlarının ölkənin kənd təsərrüfatı torpaqlarının təxminən 22,5 faizinə ziyan vurduğunu və istehsala, təchizat zəncirlərinə, ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, anlaşma memorandumu bir neçə sahəni əhatə edir. Coğrafi göstərici sistemləri vasitəsilə məhsul keyfiyyətinin yaxşılaşdırılması, sertifikatlaşdırma və fitosanitar standartların Avropa tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, kənd yerlərinin inkişafının dəstəklənməsi kimi sahələr bura aiddir.

Aysel Mətləb

TodayPress TV

tag: Livan,İtaliya,Əməkdaşlıq,Kənd,TodayPress TV,