Livan Prezidenti: “İsrail körpüləri hədəfə alır”

Dünya

22.03.2026 21:50

Livan Prezidenti Cozef Aun İsrailin Livanın cənubundakı infrastrukturu və həyati əhəmiyyətli körpüləri hədəfə almasını pisləyərək, bunun İsrailin Livan ərazisinə müdaxilənin genişləndirilməsini möhkəmləndirmək cəhdi olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Aun İsrail hücumlarının təhlükəli bir eskalasiyanı təmsil etdiyini və Livanın suverenliyini pozduğunu bildirib. O qeyd edib ki, Livanda infrastrukturu, mülki obyektləri və yaşayış sahələrini sistematik şəkildə məhv edən İsrail hücumları "təhlükəli bir tendensiyanı" əks etdirir.

Livan lideri Qassimiyyə körpüsünün mülki şəxslər tərəfindən istifadə edilən həyati əhəmiyyətli bir körpü olduğuna diqqət çəkib və bildirib ki, İsrail bu körpünü hədəf alaraq Litani çayının cənubu və şimalı arasındakı coğrafi əlaqəni kəsməyi hədəfləyir.

Aysel Mətləb

TodayPress TV

tag: Livan,Aun,İsrail,Körpü,TodayPress TV,