Livan Prezidenti: "Atəşkəs danışıqları davam etdirilir"
Dünya
22.04.2026 17:30
"Atəşkəsin uzadılması ilə bağlı danışıqlar davam edir və ölkədə sabitliyin pozulmasına heç bir tərəfin imkan verilməyəcək".
TodayPress TV xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
Prezident sosial şəbəkə açıqlamasında vurğulayıb ki, Livanın hazırkı mərhələsində vətəndaş sülhünün qorunması “qırmızı xətt”dir və bu istiqamətdə bütün diplomatik səylər davam etdiriləcək.
Məlumata görə, Livanın ABŞ-dəki səfiri Nada Həddad Maavad ABŞ Dövlət Departamentində keçiriləcək görüşdə ölkəsini təmsil edəcək. Görüşdə atəşkəsin uzadılması və İsraildən Livanın cənubunda evlərin sökülməsinin dayandırılması məsələləri qaldırılacaq.
Aun həmçinin danışıqların dörd əsas istiqamət üzrə aparıldığını bildirib. Bunlar İsrail hücumlarının dayandırılması, qoşunların geri çəkilməsi, əsirlərin qaytarılması və Livan ordusunun bölgədə yerləşdirilməsidir.
Türkan İsgəndərli
tag: Atəşkəs,Livan,ABŞ,Cozef Aun,Todaypress.tv,
