Litvada hava həyəcanı – şübhəli PUA göründü

Dünya

21.05.2026 19:05

Litvanın müdafiə naziri Robertas Kaunas Baltikyanı ölkələrin hava məkanına yeni PUA müdaxilələrinin ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, Litvanın hava məkanında şübhəli pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən ölkənin bir neçə rayonunda, o cümləyin paytaxt Vilnüsdə hava həyəcanı siqnalı verilib.

Qeyd edək ki, son üç həftə ərzində regionda buna bənzər ən azı altı insident qeydə alınıb.

Litvanın müdafiə naziri Robertas Kaunas "Euronews"a verdiyi müsahibədə yeni hücumların baş vermə ehtimalının yüksək olduğunu və Avropanın buna hazır olmasının vacibliyini bəyan edib:

"Bu, Baltikyanı ölkələrin qarşılaşdığı yeni reallıqdır. Biz buna uyğunlaşmalıyıq, çünki bənzər ssenarilərin təkrarlanma ehtimalı çox yüksəkdir".

Aysel Mətləb

TodayPress TV

tag: Litva,Robertas Kaunas ,PUA,Hücum,TodayPress TV,