Litva hərbi təlimlərə başladı
Litva 17 min hərbçinin iştirak etdiyi hərbi təlimlərə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaikşnorasa məlumat verib.
“Bizim vəzifəmiz NATO müttəfiqləri ilə koordinasiyada bölmələrin müdafiə planlarını həyata keçirməyə hazırlığını yoxlamaqdır”, - deyə Raymundas vurğulayıb.
Bildirilib ki, təlimlərdə hərbi hissələrlə yanaşı, hərbi komendantlar və yerli idarəetmə orqanları da iştirak edəcək.
Aysel Mətləb